Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bank kartları (debet və kredit) vasitəsilə 2 298 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatları həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə e-ticarətin həcmi 2 dəfəyə yaxın artıb.
Ölkə daxilində həyata keçirilən elektron ticarət əməliyyatlarının 1 970 mln. manatı debet kartları, 328 mln. manatı kredit kartları vasitəsilə reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3% artım qeydə alınıb.
Oktyabr ayında elektron ticarət əməliyyatlarının həcmi illik ən yüksək göstəriciyə çataraq 302 mln. manat təşkil edib.
Qeyd edək ki, noyabrın 1-nə ölkədə 7 136 min ödəniş kartı dövriyyədə olub. Bunun 2 383 mini sosial, 2 276 mini əmək haqqı, 758 mini kredit, 1 719 mini digər kartlardır.