ABŞ Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

20:54 - 3 Dekabr 2019 - DÜNYA

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Siyahıya "Petroleos de Venezuela" (PDVSA) şirkətinə məxsus 6 tanker də əlavə olunub.

Nazirlikdən bildirilib ki, Venesuela tankerlərinə qarşı növbəti sanksiyalar neft sektorundakı korrupsiyaya qarşı mübarizə məqsədi daşıyır. 

Xəbər xətti