Türkiyədə kütləvi zəhərlənmə
15:10 - 30 Noyabr 2019 - DÜNYA
Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib.
Trend-in məlumatına görə, zəhərlənənlərin əksəriyyəti yerli universitet tələbələridir. Keyfiyyətsiz yeməkdən 10 inşaat işçisi də zəhərlənib.
Zəhərlənənlərdə qusma, başgicəllənmə, ürəkbulanma və ishal müşahidə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.