İranda zəlzələ olub- 4.9 bal
08:45 - 30 Noyabr 2019 - DÜNYA
İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, zəlzələ oktybarın 29-u yerli vaxtla saat 20:50-də baş verib.
Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri İzeh rayonundan 22 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib.