İran İraqa nota verdi

12:03 - 28 Noyabr 2019 - DÜNYA

İran İraqa kəskin etiraz notası göndərib.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. A.Musəvinin sözlərinə görə, notada İraqın Nəcəf şəhərində İranın baş konsulluğuna hücuma etiraz edilib.

Etiraz notasında deyilir ki, İraq hökuməti bu hərəkəti törədənləri ciddi şəkildə cəzalandırmalıdı:
“Diplomatik məkanların və diplomatların qorunmasın İraq dövlətinin vəzifəsidir və İraq dövləti məsuliyyətlidir”.

Qeyd edək ki, ötən gecə İranın İraqın Nəcəf şəhərindəki konsulluğuna hücum olub və binaya giriş yandırılıb.

Xəbər xətti