ABŞ-da 1400-dən artıq təyyarə reysi təxirə salınıb
07:56 - 28 Noyabr 2019 - DÜNYA
Qar yağışı ilə müşayiət olunan güclü külək ABŞ-ın bir neçə ştatında 200 mindən çox insan elektriksiz qoyub.
APA CNN-ə istinadən xəbər verir ki, Viskonsin, İndiana, Kentukki və Miçiqan ştatlarında da elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Pis hava şəraiti ABŞ-da 1400-dən çox daxili və beynəlxalq uçuşların təxirə salınmasına səbəb olub.
Artıq 100 təyyarə reysinin ləğv edildiyi bildirilir.