Türkiyənin Müdafiə naziri: “F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq”

11:18 - 23 Noyabr 2019 - DÜNYA

“S-400 zenit raket kompleksinin yerinə “Patriot” raket sistemi almaq istədik, amma bu mümkün olmadı. Belə olan təqdirdə isə, biz S-400-ü almalı olduq”.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. “F-35” qırıcı təyyarələri ölkəmizin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, - deyə türkiyəli nazir vurğulayıb./Apa

Xəbər xətti