Hindistan nüvə silahı daşıya biləcək ballistik raketlərin sınaqlarını keçirib
08:18 - 21 Noyabr 2019 - DÜNYA
Hindistanın strateji qüvvələri noyabrın 20-də "Prithvi-II" qısa mənzilli ballistik raketlərinin iki uğurlu sınağını həyata keçiriblər.
Trend-in məlumatına görə, uçuş məsafəsi 350 km olan ballistik raketlərin sınaqları Orissa əyalətinin sahilindəki Abdul Kalam adasındakı sınaq poliqonundan mobil qurğular vasitəsi ilə həyata keçirilib. Onların uçuşu Benqal körfəzi üzərində baş tutub. Məlumata görə, raketlər yüksək dəqiqliklə təlim hədəflərinə zərbələr endirib.
"Prithvi-I"I raketi həm nüvə, həm də 0,5-1 ton ağırlığında şərti döyüş başlığı daşımaq gücünə malikdir və uçuşda manevrlər edə bilir.