Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, prezident kreslosundan "göyərmiş barmaqlarla" yapışmır, amma hələ ki imtina edilməyincə, belaruslulara özünün bu posta namizədliyini təklif etmək niyyətindədir.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. "Mən bu kreslodan (prezident-red) göyərmiş barmaqlarla yapışmayacam", - deyə o 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakın perspektivləri haqqında suala cavab verərək bildirib.
Bu halda o izah edib ki, ölkə seçicilərinə bu posta özünün namizədliyini təklif etməyi düzgün hesab edir və bu təklifi yalnız onlar rədd edə bilərlər. "Əgər siz məndən xahiş etməsəniz, heç vaxt namizədliyimi irəli sürməyəcəm. Mən öz namizədliyimi təklif edəcəyəm", - Lukaşenko jurnalistlərə deyib.
Lukaşenko həmçinin bildirib ki, 2020-ci ilin prezident seçkiləri ehtimal ki, yayda keçiriləcək. "Avqustun sonu - son müddətdir. Məncə, seçkilər yayda keçiriləcək", - prezident deyib.