Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı
10:38 - 17 Noyabr 2019 - DÜNYA
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün tibbi müayinədən keçib.
TASS-ın yaydığı məlumatda Ağ evin mətbuat katibi Stefani Qrişem müayinənin nəticələrini açıqlayıb.
ABŞ prezidenti Merilend ştatında yerləşən Uolter Rid adına xəstəxanadan tibbi müayinədən keçib. Müayinəyə səbəb Trampın 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək istəməsi olub.
Müayinənin nəticəsinə görə, Trampın sağlamlığında heç bir problem aşkarlanmayıb. Qrişem bildirib ki, ABŞ-ın hazırki prezidentinin sağlamlığı ilə bağlı heç bir şikayəti yoxdur.