Türkiyə hakimiyyəti terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, onlardan 11-i Kırşehr, 5-i Samsun, 3-ü Ordu və 6-sı Şanlıurfada tutulub. Onlardan 4-ü terrorçu təşkilatda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs edilib.
Məlumata görə, Bağdadinin 21 qohumu, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.