ABŞ Misirə “Su-35” qırıcıları əldə edəcəyi təqdirdə mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
“The Wall Street Journal” dərgisi bu barədə ABŞ-ın Müdafiə katibi Mark Pompeo və Müdafiə naziri Mark Esperin Misirin Müdafiə naziri Məhəmməd Zakiyə yazdığı məktuba istinadən məlumat verir.
ABŞ rəsmilərinin məktubunda Moskva ilə imzalanacaq müqavilənin Vaşinqton-Qahirə hərbi əlaqələrinə əngəl olacağı barədə xəbərdarlıq edilib.
Martın sonunda Rusiyanın “Rosoboroneksport” dövlət şirkətinin sədri Sergey Kornev bildirib ki, Rusiya ilə Misir arasında “Su-35” çoxfunksiyalı qırıcıların satılması barədə hər hansı hərbi müqavilə imzalanmayıb./oxu.az