Saatlıda “VAZ-21011” ilə traktor toqquşdu, 2 nəfər yaralandı

12:29 - 10 Noyabr 2019 - HADİSƏ

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti