İran xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasında deyilir ki, xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığında ikitərəfli münasibətləri və regional inkişafları müzakirə edib.