Çilinin paytaxtı Santiaqoda baş verən etiraz aksiyaları toqquşmalarla nəticələnib.
Etirazçılar qadın polislərə “Molotov kokteyli” atıblar və polislər diri-diri yanmağa başlayıb.
Beləliklə, etiraz aksiyası polislə qarşıdurmaya çevrilib. Qadın polislərdən birinin boyun, digərinin baş hissəsi yanıb.
Onlara kişi polis əməkdaşları kömək edərək yanğını söndürməyə çalışıb. Hazırda minimum altı polisin “Molotov kokteyli” atılması səbəbindən yaralandığı bildirilib.
Etiraz aksiyaları metroda gediş haqqının artırılması ilə başlayıb, daha sonra isə bir neçə şəhərə yayılan etiraz hakimiyyətə qarşı yönəlib.
Aksiyalar zamanı 23 nəfər ölüb, 1218 nəfər yaralanıb.
Polis 9203 nəfər aksiyaçını saxlayıb.
Ölkə prezidenti xalqın iqtisadi problemlərini görə bilmədiyi üçün üzr istəyib, vətəndaşlara yardım paketi sistemi yaradıb və səkkiz naziri işdən çıxarsa da, etirazlar səngiməyib./oxu.az