Mərcə 50 yumurta yeməyə çalışdı və sonunda həyatını itirdi

21:27 - 4 Noyabr 2019 - DÜNYA

Hindistan sakini mərcə 50 yumurta yeməyə çalışarkən ölüb.

Məlumata görə, 42 yaşlı Subhaş Yadav bazarda tanışı ilə mübahisə edib.
Mübahisəni həll etmək üçün o, 2000 rupi müqabilində (30 dollara yaxın) 50 yumurta yeməyə razılaşıb.
Amma 41 yumurta yedikdən sonra S.Yadavın halı pisləşib. Xəstəxanaya aparılan şəxs bir neçə saatdan sonra dünyasını dəyişib.

Həkimlər onun ölümünün həddən artıq çox qidalanmadan qaynaqlandığını təsdiq edib./trend

Xəbər xətti