İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı Kərbəlada İran konsulluğuna hücum olub.
Etirazçılar konsulluq binasının qapısını yandıraraq, içəri girməyə çalışıblar. Lakin konsulluq mühafizəçiləri ilə toqquşma baş verib. Nəticədə 5 nəfər həlak olub, çoxsaylı yaralılar var. İddialara görə, konsulluq binasındakı İran bayrağı İraq bayrağı ilə dəyişirilib./publika.az