“Mc Donalds” restoranlar şəbəkəsinin prezidenti Stiv İsterbruk istefaya göndərilib.
Onun işçisi ilə eşq yaşaması iş qaydalarının pozulması kimi qəbul olunub və buna görə vəzifəsindən çıxarılıb.
Hazırda onun vəzifəsi Kris Kempzinskiyə həvalə edilib.
52 yaşlı eks-prezident “The Wall Street” jurnalına müsahibəsində səhvini etiraf edib:
“Şirkətin prinsiplərini nəzərə alaraq şura ilə razılaşıram, artıq öz yoluma davam etmə vaxtı çatdı”./oxu.az