Sumqayıt sakini su əvəzinə kimyəvi maddə içərək ölüb

23:59 - 29 Oktyabr 2019 - HADİSƏ

Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.

Hadisə şəhərin 4-cü mikrorayonunda baş verib. Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti