Bakıda qadın narkotikdən hamamda ölüb

21:56 - 29 Oktyabr 2019 - HADİSƏ

Bakıda qadın narkotikin təsirindən ölüb. Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib. Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti