Ağdaşda avtomobil hasara çırpılıb, 4 nəfər ağır xəsarət alıb
21:47 - 29 Oktyabr 2019 - HADİSƏ
Ağdaş rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq hasara çırpılması nəticəsində Tərtər rayon sakinləri, 1968-ci il təvəllüdlü Yusifov Etibar Qədir oğlu, 1972-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu, Kəlbəcər sakini, 1971-ci il təvəllüdlü Şahbazov Şəmsəddin Hüseyn oğlu, Bərdə sakini, 1967-ci il təvəllüdlü Abışov Muxtar Qaçay oğlu ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
/Apa