Yasamalda 46 yaşlı kişini ürəyindən bıçaqladılar

23:27 - 28 Oktyabr 2019 - HADİSƏ

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.  

İnsident Ə.Əhmədov küçəsi 31A ünvanında qeydə alınıb.  Belə ki, “Günəş pretrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan İ.Qasımova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır./oxu.az

Xəbər xətti