Şəki sakini hamam otağında ürək tutmasından ölüb.
Hadisə Şəki şəhəri, M.F.Axundov küçəsi, 143 saylı evdə baş verib. Həmin evdə yaşayan, 1951-ci il təvəllüdlü Ələkbərov Rasim Məmmədəli oğlu yaşadığı evin hamam otağında qəfil infarkt keçirib. Mərhumun meyitini həyat yoldaşı aşkar edib.
Faktla bağlı araşdırma aparılır./trend