Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər. Bunda əlavə, T.Ərdoğan və A.Merkel regiondakı, o cümlədən Suriyanın şimal-şərqindəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.