ABŞ prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 17:00-da - red) zəruri açıqlama verməyə hazırlaşır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. "ABŞ prezidenti sabah səhər saat 9:00-da Ağ Evdən zəruri açıqlama verəcək", - deyə Ağ Evin yaydığı xəbərin mətnində bildirilir.
Daha əvvəl ABŞ lideri özünün "Twitter" səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım edib. Lakin Donald Tramp söhbətin nədən getdiyini açıqlamayıb.
ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur.