Məcid Hüseynov kimi bir insan ömrü boyu görməmişəm.
Bu barədə Ucnoqta.az-a Aysun İsmayılova deyib. O deyib ki, ilk gündən Məcid Hüseynovu “Maşın” realiti-şousundan uzaqlaşdırmaq istəyirmiş:
“Danışmaq istəmirəm, ailəsi, övladı oxuyur. Ayıbdır. Söz vermişəm ki, danışmayacam. Mən elə bir insan görməmişəm. Məcidin getməsi üçün mən səs istəmişdim və o görürdü ki, 70 faiz səslə artıq gedir, reklam zamanı yaxınlaşıb dedi ki, belə eləmə, mənə dəstək ol. Məcid mənə söz vermişdi ki, sən istədiyin insanı çıxaracam, başqa heç bir kəsi. Amma sözünün üzərində durmadı. Həmin gün 4 ədəd ürək dərmanı qəbul etdim”.
Rövşən Tahir