"Hər iki komanda güclü idi. Çox gərgin oyun oldu. "Qarabağ" ən son oynadığımız matça nisbətən yaxşı oyun sərgilədi. Komandamın ruhuna görə çox sevindim. Hər iki tərəf əlindən gələni etdi. İkinci yarıda "Qarabağ" topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam".
"Report"un məlumatına görə, bu fikirləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la Bakıda heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qrupdakı şanslarından da söz açıb: "Bilirik ki, bir xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə "Qarabağ"ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək? Biz bu gün güclü komandaya qarşı oynadıq. "Qarabağ"la səfərdə oynayan komandalar hər zaman problem yaşayırlar".