“ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər”.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.XİN başçısı sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirib.
"Hazırda YPG/PYD terrorçularının nəzarət etdiyimiz bölgələri tərk etməyə başladığını görürük. 35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, “Barış bulağı” hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də çox mühüm əhəmiyyətə malikdir”, - deyə M. Çavuşoğlu qeyd edib.