ABŞ-ın Los-Anceles şəhərində yaşayan 34 yaşlı Tuğçe Taşın oktyabrın 14-dən bəri naməlum şəraitdə itkin düşüb.
Sonuncu dəfə Venesiya çimərliyində görünən Tuğçenin ailəsi və dostları onu tapmaq üçün Los-Anceles polisindən və Türkiyə Konsulluğundan kömək istəyiblər.
Qızın tapılması istiqamətində araşdırmalara başlayan polis onun şəkillərini müxtəlif ərazilərdə yerləşən reklam posterlərin üzərinə yapışdırıblar.
Los-Ancelesdəki “Panacea” adlı moda şirkətinin sahibi olan Taş əvvəllər İstanbuldakı məşhur mağazaların satınalma şöbəsində çalışıb.
Nişantaşıda yerləşən “İşık Liseyi”ni bitirən gənc qadın avqust ayında Nevadada hər il keçirilən “Yanan Adam” festivalına qatılıb və oradan çəkilmiş fotolarını şəxsi “Instaqram” hesabında paylaşıb./oxu.az