Ağsuda iki uşaq anası özünü fermada asıb

22:08 - 20 Oktyabr 2019 - HADİSƏ

Ağsu rayonunda intihar hadisəsi baş verib. 

Hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb. Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Apa

Xəbər xətti