"Məndən asılı olsaydı, nefti götürərdim və çoxlu pul qazanardım" - Tramp

19:51 - 6 Aprel 2026 - DÜNYA

Donald Tramp İranın neft sənayesini ələ keçirməyə üstünlük verdiyini bildirdi, lakin amerikalılar ABŞ qoşunlarının "evlərinə qayıtmasını" istəyirlər.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Seçim imkanım olsaydı, nə etmək istərdim? Nefti götürmək, onu götürmək olar və bu barədə onlar heç nə edə bilməzlər", - deyə Tramp bildirib.

"Təəssüf ki, amerikalılar bizim evə qayıtmağımız istəyirlər. Əgər bu, məndən asılı olsaydı, nefti götürərdim. Mən onu idarə edərdim və çoxlu pul qazanardım", - deyə o əlavə edib.

Xəbər xətti