Gəncədə 67 yaşlı kişi özünü yandırdı

21:08 - 20 Oktyabr 2019 - HADİSƏ

Gəncə sakini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.  Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Mirzəyev Söhbət Yeprin oğlu bədənin yuxarı ətrafının, boyunun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, S. Mirzəyev şəhərin Gülüstan yaşayış massivində üzərinə yandırıcı maye tökərək özünü yandırıb. Faktla bağlı araşdırma aparılır. /qafqazinfo

Xəbər xətti