Türkiyə ordusunun "Barış pınarı" əməliyyatı çərçivəsində neytrallaşdırdığı PKK/YPG terrorçularının sayı 653 nəfərə çatıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yatıb. Türkiyə oktyabrın 9-da Suriyanın Fərat çayından şərqdəki ərazilərində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
"Barış pınarı" adını almış əməliyyatın hədəfi Türkiyə sərhədlərində terror təhlükəsini aradan qaldırmaq, milyonlarla Suriya qaçqınının qayıdacağı təhlükəsizlik zonasının yaradılmasına nail olmaqdır.