Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
“Hürriyyət” xəbər verir ki, səfər Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət rəhbərlərinin 7-ci zirvə toplantısı çərçivəsində baş tutacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.
Türk Şurasının yaradılması ilə bağlı imzalanmış Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. /oxu.az