Bir neçə gündür Türkiyə tərəfindən başladılan “Sülh Çeşməsi Hərakatı” çərçivəsində Suriya Milli Ordusu strateji əhəmiyyətə malik ərazini terrorçulardan təmizləyib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Ordunun əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji əhəmiyyətə malik olan “MS4” yolunu ələ keçiriblər.
Sözügedən yol terror təşkilatları PKK/PYD və YPG-nin Fırat çayının qərbində yerləşən Münbiçdən Suriya-Türkiyə-İraq sərhədindəki Qamışlı bölgəsinə çıxışını təmin edirdi. Qeyd edək ki, bu ərazi nəqliyyat və təchizat baxımından böyük önəm daşıyır.