Rusiyada turistləri daşıyan avtobus aşıb

12:29 - 6 Oktyabr 2019 - DÜNYA

Rusiyada xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.
Belə ki, turistləri daşıyan avtobus Qaqinsk rayonunda, Panovo-Osanovo kəndi yaxınlığında aşıb. Hadisə zamanı azı 10 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya sürücünün dönmə zamanı nəqliyyat vasitəsinə idarətməni itirməsi səbəb olub.

Qeyd edilir ki, hadisə zamanı avtobusda 29 nəfər olub./report

 

Xəbər xətti