FTB Nyu-Yorkda rusiyalı deputatı saxladı

08:53 - 6 Oktyabr 2019 - DÜNYA

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Nyu-Yorkdakı hava limanında jurnalist, Rusiya Dövlət Dumasının deputatı İnqa Yumaşevi saxlayıb və dindiriblər. “Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib. Onun sözlərinə görə, FTB-dən olan şəxs Amerikaya “Dialoq Fort Ross” forumu üçün gələn Rusiya nümayəndə heyətinin üzvünü saxlayıb və bir saat dindirib. Antonov qeyd edib ki, ABŞ departamentinin digər əməkdaşı isə Yumaşevaya “qeyri-rəsmi şəraitdə” danışmağı təklif edib. İcazəsiz dindirilmə səbəbiylə Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə etiraz notası təqdim edib.

Xəbər xətti