Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi

16:26 - 1 Oktyabr 2019 - DÜNYA

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib.

Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.
Q.İsmailinin sözlərinə görə, H.Firudin haqda 7 il həbs qərarı verilmişdi. Lakin Apelyasiya məhkəməsi cəzanı 5 ilə endirib.
Sözçü əlavə edib ki, digər cəzalar yəni nağd cərimə və aldığı rüşvət - 310 milyard rial (təxminən 7,38 milyon dollar) isə ödənilməlidir.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin may ayında korrupsiyada ittiham olunaraq saxlanılıb./trend

Xəbər xətti