Moskva təyyarəsində iki qadın əlbəyaxa oldu

12:33 - 27 Sentyabr 2019 - DÜNYA

Moskvadan Mineralnıye Vodıya uçan təyyarədə iki qadın əlbəyaxa olub. 


Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Hava gəmisinin komandiri polis əməkdaşlarına məlumat verib ki, münaqişə zamanı qadınlardan biri o birinin baş nahiyəsinə xəsarət yetirib. Onlar davanı sakitləşdirməyə çalışan ekipaj üzvlərini də təhqir edib”, - o bildirib.

Təyyarə eniş edən kimi qadınlar polis bölməsinə aparılıb./oxu.az

Xəbər xətti