Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

17:18 - 26 Sentyabr 2019 - DÜNYA

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.
R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.
Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.

Qeyd edək ki, bu gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb./trend

 

Xəbər xətti