Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 640-dan çox yaralı var

22:28 - 25 Sentyabr 2019 - DÜNYA

Pakistanın şərqində, ölkənin Hindistanla sərhədində baş vermiş 5.8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb, 640-dan çox insan isə xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarənin mətbuat xidməti məlumat yayıb.

“Pakistanın zəlzələdən ziyan görən iki əyalətində ümumilikdə 38 nəfər ölüb və 646 nəfər xəsarət alıb. Təxminən 454 yaşayış binası qismən və ya tamamilə dağıdılıb. Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü qismən dağıdılıb. Fövqəladə vəziyyətdən sonra episentrdə yerləşən bir sıra yaşayış məntəqələri elektriksiz qalıb, lakin indiyədək elektrik təchizatı, demək olar ki, tamamilə bərpa olunub”, - deyə qurumdan bildirilib.

Xəbər xətti