Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ və Kəşmir münaqişəsi ilə bağlı məsələlərə toxunub.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Dağlıq Qarabağın BMT qətnamələrinə baxmayaraq hələ də işğalda saxlanılmasına diqqət çəkib: “Dünyamızın ədalətli və hüzurlu gələcəyi üçün əsas məsələlərdən biri Cənubi Qafqazın problemli bölgə olmaqdan çıxarılmasıdır.
Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların, verilmiş qərarlara baxmayaraq, hələ də işğalda saxlanılması qəbuledilməzdir. Beynəlxalq cəmiyyətin hələ də kifayət qədər maraq göstərmədiyi münaqişələrdən biri də 72 ildir həll edilməyən Kəşmir ixtilafıdır. Cənubi Asiyanın rifahı və inkişafı Kəşmir məsələsindın ayrı düşünülə bilməz”.