Ana sevgilisini 14 yaşlı oğluna güllələtdi

14:24 - 20 Sentyabr 2019 - DÜNYA

Türkiyə dəhşətli qətl hadisəsi baş verib.

Adanada ana sevgilisini 14 yaşlı oğluna güllələdib. Uşaq hadisəni anası Sultan Karaslanyiğit və atası Ali Rıza Karaslanyiğitin istəyi ilə edib.

Qısa zamanda yerləri müəyyənləşən ata 18 il, oğlan isə 5 il 10 ay müddətinə həbs edilib.

Sultan Karaslanyiğit isə istintaqdan qaçmağı bacarıb. Həbs edilməmək üçün imicini tamamilə dəyişən ananın yerini müəyən etmək mümkün olub. Tutulan ana məhkəməyə təhvil  verilib.

İstintaq zamanı verilən ifadələrdə ananın oğluna öldürtdüyü Ali Genc ilə bir il gizli sevgili olduğu məlum olub./oxu.az  

 

Xəbər xətti