Türkiyənin Çankırı bölgəsində Rixter cədvəli üzrə 4.7 və 4.8 bal güclərində iki zəlzələ baş verib.
Trend Türkiyə mediasına istinadla xəbər verir ki, sentyabrın 14-də Türkiyə vaxtı ilə saat 9.00-da və 9.03-də ard-arda iki güclü yeraltı təkan baş verib. Təkanların episentri Çerkeş rayonunda qeydə alınıb. İlk yeraltı təkan 13,66 kilometr, ikinci təkan isə 4,13 kilometr dərinlikdə meydana gəlib.
Yeraltı təkanlar Ankarada və ətraf rayonlarda da hiss olunub. Hələlik dağıntı və tələfatın olmadığı bildirilir.