Braziliyanın Rio de Janeyro şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində 11 nəfər həlak olub.
Yanğın mərtəbələrin birində qısaqapanma nəticəsində başlayıb.
Alov sürətlə bütün binaya yayılıb. Xəstəxanada olan xəstələr və əməkdaşlar təxliyə olunub.
Yanğının söndürülməsi ilə bağlı işlər davam edir./trend