Türkiyədə dəhşətli terror hadisəsi baş verib.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, olay Diyarbəkirdə olub.
Belə ki, hərəkət halında olan sərnişin avtobusu minaya düşüb.
Partlama nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb.
İlkin məlumata görə, hadisə zamanı dörd nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.
İnsidentdən dərhal sonra əraziyə çox sayda xilasedici və təhlükəsizlik əməkdaşları cəlb edilib. Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən yol kənarına yerləşdirildiyi bildirilir.