Hindistan ilk dəfə Aya kosmik gəmi göndərilməsini həyata keçirib. Lakin kosmik aparatın Aya düşməsinə saniyələr qalmış onunla əlaqə kəsilib.
Trend-in məlumatına görə, əgər kosmik gəmi uğurla Aya düşsəydi, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra bu planetə enmiş dördüncü ölkə olacaqdı. Hindistan Kosmik Tədqiqatlar Mərkəzi faktı təsdiqləsə də, gəminin qəzaya uğraması və ya başqa aqibəti ilə bağlı heç bir açıqlama verməyib.
Hindistanın baş naziri Narendra Modiyə kosmik aparatın itməsi barədə məlumat verilib.