Gürcüstanın keçmiş baş naziri Dünya Bankında çalışacaq

16:56 - 5 Sentyabr 2019 - DÜNYA

Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadzenin Dünya Bankında fəaliyyətini davam etdirəcəyi gözlənilir.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, sabiq hökumət başçısı DB-nin Direktorlar Şurasına üzv olmağa hazırlaşır.


M.Baxtadze şuraya üzv seçilməsi ilə bağlı təklifi ABŞ-dan alıb.

Direktorlar Şurasına seçkilər 2020-ci ilin yazında keçiriləcək.

Qeyd edək ki, M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri olub. O, sentyabrın 2-də istefa verib. 

Xəbər xətti