Türkiyə prezidenti ABŞ-a rəsmi səfərə gedəcək

18:40 - 3 Sentyabr 2019 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 26-dək ABŞ-da rəsmi səfərdə olacaq.


“Report” dövlət başçısının dəftərxanasına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyasında iştirak edəcək.

Belə ki, rəsmi açılışı sentyabrın 17-də keçiriləcək sessiyada ümumi müzakirələr ayın 24-dən başlayacaq.

Xəbər xətti