Azərbaycanda fermerlərə subsidiyalar nağdsız qaydada veriləcək.
"APA-Economics"in məlumatına görə, bunu subsidiyalar mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, kartlar pulsuz olaraq fermerlərə bu ilin sonunadək veriləcək.
"Fermerlər kartın balansında olan məbləğin 25%-ni nağd, qalan 75%-ni isə nağdsız şəkildə istifadə edə biləcək. Kartlar xüsusi olaraq fermerlər üçün yaradılıb və ilin sonuna kimi öz sahiblərinə veriləcək. Kartlar fermerlərə "Kapital Bank" tərəfindən təqdim olunacaq", - deyə M. Əliyev qeyd edib.